Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq 0,8% yüksəlib
# 26 avqust 2010 07:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 060 bəndədək, S&P 500 0,3% - 1 055 bəndədək, Nasdaq 0,8% - 2 142 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında ardıcıl 4 gün ərzində kotirovkaların enməsindən sonra invesroların fikrincə, səhmlərin qiymətləri alış üçün əlverişli həddəd düşüb ki, bunun nəticəsində avqustun 25-də alış əməliyyatları bazarda üstünlük təşkil edib.
Avropa fond bazarlarında avqustun 25-də FTSE 100 indeksi 0,9% - 5 109 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 450 bəndədək, Almaniya DAX-ı 0,6% - 5 890 bəndədək enib.
Avqustun 25-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 241,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2715 (+0,5%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR