Bu gün BBVB-nin valyuta bölməsində 14 min dollarlıq əqdlər bağlanılıb

Bu gün BBVB-nin valyuta bölməsində 14 min dollarlıq əqdlər bağlanılıb
# 31 avqust 2010 14:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8039 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8037 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 11 255 AZN, manatın orta məzənnəsi isə dollara nisbətən 0,8039 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 14 min dollar və ya 11 255 AZN təşkil edib.

SWAP_USD/AZN aləti üzrə bir aylıq əqdlər bağlanılıb. Əqdlərin həcmi 24 mln. dollar, onların ortaölçülü məzənnəsi isə dollara nisbətən 0,8061 AZN-ə bərabər olub.

USD/AZN T+1 və T+2 alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 14,25%, ABŞ dolları üzrə isə illik 14,42% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR