Dow Jones indeksi 0,02% yüksəlib, S&P 500 və Nasdaq dəyişməyib

Dow Jones indeksi 0,02% yüksəlib, S&P 500 və Nasdaq dəyişməyib
# 12 oktyabr 2010 07:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 11 007 bəndədək yüksəlib, S&P 500 və Nasdaq dəyişməyib və müvafiq olaraq 1 165 bənd və 2 402 bənd təşkil edib. «APA-Economics»in məlumatına görə, şirkətlərin rüblük hesabatlarının dərc olunması ərəfəsində oktyabrın 11-də investorlar ehtiyat edir ki, bu həm kotirovkaların dinamikası, həm də dövriyyənin aşağı olması ilə nəticələnib.
Avropa fond bazarlarında oktyabrın 11-də FTSE 100 indeksi 0,3% - 5 672 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 769 bəndədək, Almaniya DAX-ı 0,3% - 6 310 bəndədək yüksəlib. Ciddi makroiqtisadi xəbərlər olmadığından, Avropa bazarlarında kotirovkaların yüksəlməsinə əsasən korporativ xəbərlər təsir edib.
Oktyabrın 11-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 354,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3860 (-0,6%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR