Dow Jones indeksi 0,3% enib, S&P 500 0,2%, Nasdaq 1,4% yüksəlib

Dow Jones indeksi 0,3% enib, S&P 500 0,2%, Nasdaq 1,4% yüksəlib
# 18 oktyabr 2010 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 11 063 bəndədək enib, S&P 500 0,2% - 1 176 bəndədək, Nasdaq 1,4% - 2 469 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ipoteka bazarında daşınmaz əmlakla bağlı borclara görə kütləvi müsadirə prosesi və bununla bağlı mənfi ehtimallar oktyabrın 15-də ABŞ fond bazarında kotirovkaların dinamikasına təsir edib. Nəticədə, indekslərin enməsinə İT sektorunda müsbət hesabatlar imkan verməyib.
Avropa fond bazarlarında oktyabrın 15-də FTSE 100 indeksi 0,4% - 5 703 bəndədək enib, Fransa CAC-40-ı 0,2% - 3 827 bəndədək, Almaniya DAX-ı 0,6% - 6 492 bəndədək yüksəlib.
Oktyabrın 15-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 372 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3883 (-1,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR