AGBI indeksi 1,0280, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0280, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 20 oktyabr 2010 06:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0279 bənd və ya 2,8% artaraq oktyabr ayının 20-nə 1,0280 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi də dəyişməyib və 1,0001-ə bərabər olub.

Oktyabrın 19-da 3 mln. manat həcmində olan dövlət istiqrazların bir buraxılışı dövriyyədən çıxarılıb və məcmu 8,02 mln. manat olan iki buraxılış yerləşdirilib. Nəticədə bazar kapitallaşması artıb ki, bu da AGBI indeksin yüksəlməsində əks olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR