BFB-da 10803227S seriyalı 2 493,7 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10803227S seriyalı 2 493,7 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 29 oktyabr 2010 15:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10803227S seriyalı dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 2 493 700 manat təşkil edib. Sifariş 100% (gəlirlik 5%) qiyməti ilə təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 100% (gəlirlik 5%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 493,7 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DOİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2013-ci ilin oktyabrın 25-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR