Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 11 yanvar 2011 06:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,22 dollar və ya 1,4% artaraq 1 barelə görə 89,25 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, yanvarın 10-da ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,37 dollar artaraq 95,70 dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR