Dow Jones indeksi 0,3%, S&P 500 0,1% enib, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,1% enib, Nasdaq 0,2% yüksəlib
# 11 yanvar 2011 07:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 11 638 bəndədək, S&P 500 0,1% - 1 270 bəndədək enib, Nasdaq 0,2% - 2 708 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-da korporativ hesabatların açıqlanması dövrü davam edir və bu amil son günlərdə olduğu kimi yanvarın 10-da fond bazarında kotirovkaların dinamikasına təsir edib.
Avropa fond bazarlarında yanvarın 10-da FTSE 100 indeksi 0,5% - 5 956 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 802 bəndədək, Almaniya DAX-ı 1,3% - 6 857 bəndədək enib. Avropada «BNP Paribas» səhmləri 2,9%, «Banco Santander»in səhmləri 2,7%, «Societe Generale»in səhmləri 3,8%, «UniCredit»in səhmləri 3,7% ucuzlaşıb.
Yanvarın 10-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 376,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2941 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR