Dow Jones indeksi 0,5%, S&P 500 0,7%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,7%, Nasdaq 0,7% yüksəlib
# 17 yanvar 2011 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 11 787 bəndədək, S&P 500 0,7% - 1 293 bəndədək, Nasdaq 0,7% - 2 755 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına «J.P. Morgan Chase»in müsbət rüblük hesabatı təsir edib.
Avropa fond bazarlarında yanvarın 14-də FTSE 100 indeksi 0,4% - 6 002 bəndədək enib, Fransa CAC-40-ı 0,2% - 3 983 bəndədək, Almaniya DAX-ı 0,01% - 7 076 bəndədək yüksəlib. Avropada «Credit Suisse»in səhmləri 1,7%, «Barclays»ın səhmləri 1,6%, «Deutsche Bank»ın səhmləri 1%, «BMW»nin səhmləri 2,2%, «Volkswagen»in səhmləri 0,6%, «Renault»un səhmləri 1%, «Peugeot Citroen»in səhmləri 1,4% bahalaşıb.
Yanvarın 14-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,9% azalaraq 1 360,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3332 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR