Dow Jones indeksi 0,4%, S&P 500 0,1%, Nasdaq 0,4% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,1%, Nasdaq 0,4% yüksəlib
# 19 yanvar 2011 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 11 838 bəndədək, S&P 500 0,1% - 1 295 bəndədək, Nasdaq 0,4% - 2 766 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında «Citigroup»un gözləniləndən daha mənfi olmuş hesabatı və «Apple» şirkətinin rəhbəri Stiv Cobsun xəstəliyi barədə məlumatlar açıqlandıqdan sonra da kotirovkaların yüksəlməsi baş verdiyindən yüksəlmə tendensiyalarının güclü olduğunu göstərir.
Avropa fond bazarlarında yanvarın 18-də FTSE 100 indeksi 1,2% - 6 056 bəndədək, Fransa CAC-40-ı 0,9% - 4 013 bəndədək, Almaniya DAX-ı 0,7% - 7 144 bəndədək yüksəlib.
Yanvarın 18-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 368,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3471 (+1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR