Dow Jones indeksi 0,9%, S&P 500 0,6%, Nasdaq 1% yüksəlib

Dow Jones indeksi 0,9%, S&P 500 0,6%, Nasdaq 1% yüksəlib
# 25 yanvar 2011 07:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 11 980 bəndədək, S&P 500 0,6% - 1 291 bəndədək, Nasdaq 1% - 2 718 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-da korporativ hesabatların açıqlanması mövsümü davam edir ki, bu amil də fond bazarına təsir edən əsas amil olub. Nəticədə, bir sıra şirkətlərin müsbət hesabatları indekslərin yüksəlməsinə səbəb olub.
Avropa fond bazarlarında yanvarın 24-də FTSE 100 indeksi 0,8% - 5 944 bəndədək, Fransa CAC-40-ı 0,4% - 4 033 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 103 bəndədək yüksəlib.
Yanvarın 24-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 344,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3664 (+0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR