Dow Jones indeksi 0,03% enib, S&P 500 0,03%, Nasdaq 0,06% yüksəlib

Dow Jones indeksi 0,03% enib, S&P 500 0,03%, Nasdaq 0,06% yüksəlib
# 26 yanvar 2011 07:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 11 977 bəndədək enib, S&P 500 0,03% - 1 291 bəndədək, Nasdaq 0,06% - 2 719 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, bazar iştirakçıların fikrincə, yanvarın 25-də bazara əsasən birmənalı olmayan müxtəlif amillər təsir edib ki, nəticədə, bazarda hər hansı vahid tendensiya müşahidə olunmayıb.
Avropa fond bazarlarında yanvarın 25-də FTSE 100 indeksi 0,4% - 5 918 bəndədək, Fransa CAC-40-ı 0,3% - 4 020 bəndədək, Almaniya DAX-ı 0,1% - 7 059 bəndədək enib. Avropada «Deutsche Bank»ın səhmləri 1,6%, «Societe Generale»in səhmləri 2,7%, «Barclays»ın səhmləri 0,7%, «Banco Santander»in səhmləri 3,1%, «ENI»nin səhmləri 0,6%, «Royal Dutch Shell»in səhmləri 0,3%, «Total»in səhmləri 0,7% ucuzlaşıb.
Yanvarın 25-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% azalaraq 1 332,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3688 (+0,2%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR