AGBI indeksi 1,00001, ACBDI indeksi 1,1133, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,00001, ACBDI indeksi 1,1133, AMFBI indeksi 1,0001 təşkil edib
# 27 yanvar 2011 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməz qalaraq yanvar ayının 27-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,1132 bənd və ya 11,3% artaraq 1,1133 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin artması yanvarın 26-da 10 mln. manat həcmində olan notların bir buraxılışının dövriyyədən çıxarılması və 15 mln. manatlıq emissiyanın yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının yüksəlməsi səbəbindən baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR