Dow Jones indeksi 0,04%, S&P 500 0,2%, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 0,04%, S&P 500 0,2%, Nasdaq 0,6% yüksəlib
# 28 yanvar 2011 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,04% - 11 990 bəndədək, S&P 500 0,2% - 1 300 bəndədək, Nasdaq 0,6% - 2 755 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, fond bazarına gözlənilməz olaraq əmək bazarında mənfi göstəricilər və korporativ xəbər və hesabatlar təsir edib. Qeyd edə ki, Əmək Nazirliyinin məlumatına görə, ötən həftə işsizlik üzrə ilkin müraciətlərin sayı 454 min ədəd artıb, halbuki proqnoz 405 min təşkil edib.
Avropa fond bazarlarında yanvarın 27-də FTSE 100 indeksi 0,1% - 5 965 bəndədək enib, Fransa CAC-40-ı 0,3% - 4 060 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 156 bəndədək yüksəlib.
Yanvarın 27-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1% azalaraq 1 318,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3713 (+0,06%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR