Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,7% yüksəlib
# 14 fevral 2011 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Fevralın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 12 273 bəndədək, S&P 500 0,6% - 1 329 bəndədək, Nasdaq 0,7% - 2 809 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarına əsasən makroiqtisadi göstəricilər və xarici amillər təsir edib.
Avropa fond bazarlarında fevralın 11-də FTSE 100 indeksi 0,7% - 6 063 bəndədək, Fransa CAC-40-ı 0,2% - 4 101 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 371 bəndədək yüksəlib.
Fevralın 11-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 358,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3537 (-0,3%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR