Dow Jones indeksi 0,04% enib, S&P 500 0,2%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,04% enib, S&P 500 0,2%, Nasdaq 0,3% yüksəlib
# 15 fevral 2011 06:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Fevralın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,04% - 12 268 bəndədək enib, S&P 500 0,2% - 1 332 bəndədək, Nasdaq 0,3% - 2 818 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarına əsasən makroiqtisadi göstəricilər təsir edib.
Avropa fond bazarlarında fevralın 14-də FTSE 100 indeksi 0,1% - 6 060 bəndədək, Fransa CAC-40-ı 0,1% - 4 097 bəndədək enib, Almaniya DAX-ı 0,3% - 7 397 bəndədək yüksəlib.
Fevralın 14-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 365,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3511 (-0,2%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR