Dow Jones indeksi 0,6%, S&P 500 0,2%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,2%, Nasdaq 0,1% yüksəlib
# 21 fevral 2011 06:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Fevralın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 12 391 bəndədək, S&P 500 0,2% - 1 343 bəndədək, Nasdaq 0,1% - 2 834 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarına müsbət makroiqtisadi xəbərlər və korporativ hesabatlar təsir edib.
Avropa fond bazarlarında fevralın 18-də FTSE 100 indeksi 0,1% - 6 083 bəndədək enib, Fransa CAC-40-ı 0,1% - 4 157 bəndədək, Almaniya DAX-ı 0,3% - 7 427 bəndədək yüksəlib.
Fevralın 18-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 388,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3677 (+0,5%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR