AGBI indeksi 0,9287, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9287, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0001 təşkil edib
# 21 fevral 2011 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0714 bənd və ya 7,1% azalaraq fevral ayının 21-nə 0,9287 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0001 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi də dəyişməyib və 1,0001-ə bərabər olub.
AGBI indeksinin azalması fevralın 18-də dövlət istiqrazlarının bir buraxılışının dövriyyədən çıxarılması nəticəsində bazarın kapitallaşmasının 15 mln. manat azalması səbəbindən baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR