BFB-da Azərbaycan İpoteka Fondunun 3 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-da Azərbaycan İpoteka Fondunun 3 mln. manatlıq istiqrazları yerləşdirilib
# 28 fevral 2011 14:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hərraca 3 mln. manat həcmində istiqraz çıxarılıb. Hərracda sifariş 1 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə ümumi məbləği 32,872 mln. manat təşkil edib. Sifariş 100,3500% qiyməti ilə təqdim olunub. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib.

İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2017-cu ilin dekabrın 11-də icra olunacaq.

Qeyd edə ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının emissiya prospekti ötən ilin noyabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 60 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir. Bu günədək 16 mln. manat məbləğində ipoteka istiqrazları yerləşdirilib.

Xatırladaq ki, bundan öncə AİF ümumi həcmi 55 mln. manat və 75 mln. manat faizli adlı sənədsiz təmin edilməmiş məbləğində ipoteka istiqrazları buraxıb. Sözügedən hər iki emissiya uğurla yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR