Dow Jones indeksi 1%, S&P 500 0,9%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 1%, S&P 500 0,9%, Nasdaq 0,7% yüksəlib
# 09 mart 2011 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Martın 8-də Amerika fond bazarında Dow Jones indeksi 1% - 12 214 bəndədək, S&P 500 0,9% - 1 322 bəndədək, Nasdaq 0,7% - 2 766 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə əsasən xarici amillər təsir edib. O cümlədən, neftin ucuzlaşması dünya iqtisadiyyatının bərpa templəri üzrə mənfi ehtimalları müəyyən dərəcədə azaldıb ki, həmin amil fond bazarında təsiredici amillərdən biri olub.
Avropa fond bazarlarında martın 8-də FTSE 100 indeksi 0,02% - 5 975 bəndədək, Fransa CAC-40-ı 0,6% - 4 016 bəndədək, Almaniya DAX-ı 0,04% - 7 165 bəndədək yüksəlib.
Martın 8-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 424,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3888 (-0,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR