Dow Jones indeksi 1,4%, S&P 500 1,3%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 1,4%, S&P 500 1,3%, Nasdaq 0,7% yüksəlib
# 18 mart 2011 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Martın 17-də Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 11 775 bəndədək, S&P 500 1,3% - 1 274 bəndədək, Nasdaq 0,7% - 2 636 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, martın 17-də ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə əsasən texniki və bazar daxili amillər səbəb olub. Belə ki, ardıcıl üç gün ərzində baş verən kotirovkaların enməsindən sonra investorlar yenidən alış fəaliyyətini bərpa ediblər.
Avropa fond bazarlarında martın 17-də FTSE 100 indeksi 1,8% - 5 696 bəndədək, Fransa CAC-40-ı 2,4% - 3 786 bəndədək, Almaniya DAX-ı 2,2% - 6 657 bəndədək yüksəlib.
Martın 17-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% artaraq 1 410,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4074 (+1,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR