Brent markalı neft bahalaşıb

Brent markalı neft bahalaşıb
# 06 aprel 2011 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,13 dollar və ya 0,1% azalaraq 1 barelə görə 108,34 dollar təşkil edib.
«APA-ECONOMICS»in məlumatına görə, aprelin 5-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,16 dollar artaraq 122,22 dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR