AGBI indeksi 0,9817, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
06 aprel 2011 06:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0184 bənd və ya 1,8% azalaraq aprel ayının 6-na 0,9817 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0000 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi də dəyişməyib və 1,0001-ə bərabər olub.
Aprelin 5-də iki dövlət istiqrazları buraxılışı dövriyyədən çıxarılıb və bir buraxılış yerləşdirilib. Dövriyyədən çıxarılan buraxılışların ümumi həcmi 7,876 mln. manat, yerləşdirmənin həcmi isə 5 mln. manat olub. Nəticədə, bazarın kapitallaşmasının azalması AGBI indeksinin azalmasına səbəb olub.