AGBI indeksi 1,0326, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0326, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 11 aprel 2011 06:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0325 bənd və ya 3,3% artaraq aprel ayının 11-nə 1,0326 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0000 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi də dəyişməyib və 1,0001-ə bərabər olub.
Aprelin 8-də dövlət istiqrazların bir emissiyası yerləşdirilib. Yerləşdirilmənin həcmi 5 mln. manat təşkil edib ki, nəticədə bazar kapitallaşması artıb və bu, AGBI indeksinin artmasında öz əksini tapıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR