AGBI indeksi 1,0305, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0305, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 20 aprel 2011 06:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0304 bənd və ya 0,3% artaraq aprel ayının 20-nə 1,0305 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0195 bənd və ya 1,9% azalaraq 1,0001-ə bərabər olub.
AGBI indeksinin artmasına aprelin 19-da dövlət istiqrazların emissiyasının yerləşdirilməsi təsir edib, çünki 5 mln. manatlıq buraxılışın yerləşdirilməsindən sonra bazar kapitallaşması artıb.
AMFBI indeksinin azalması gündəlik korrektə çərçivəsində baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR