Dow Jones indeksi 0,8%, S&P 500 0,6%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 0,6%, Nasdaq 0,8% yüksəlib
# 28 aprel 2011 06:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Aprelin 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 12 691 bəndədək, S&P 500 0,6% - 1 356 bəndədək, Nasdaq 0,8% - 2 870 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, aprelin 27-də Federal Ehtiyat Sistemi faiz dərəcələrin 0%-0,25% diapazonda saxlanması barədə qərar qəbul edib ki, bu xəbər və bir sıra iri şirkətlərin müsbət rüblük hesabatları ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsinə dəstək olub.
Avropa fond bazarlarında aprelin 27-də FTSE 100 indeksi 0,02% - 6 068 bəndədək enib, Fransa CAC-40-ı 0,6% - 4 068 bəndədək, Almaniya DAX-ı 0,7% - 7 405 bəndədək yüksəlib.
Aprelin 27-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% artaraq 1 527,0 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4867 (+1,3%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR