BFB-da 10101931S seriyalı 1,001 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10101931S seriyalı 1,001 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 03 may 2011 14:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10101931S seriyalı, dövlət qeydiyyatından keçmiş dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 7 002 100 manat təşkil edib. Sifarişlər 99,81% (gəlirlik 1,99%) və 99,86% (gəlirlik 1,46%) qiymətləri ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,86% (gəlirlik 1,46%), orta ölçülmüş qiyməti 99,86% (gəlirlik 1,46%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 001 000 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin iyunun 7-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR