AGBI indeksi 1,0057, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0057, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 04 may 2011 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0267 bənd və ya 0,6% artaraq may ayının 4-nə 1,0057 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0191 və ya 1,9% azalaraq 1,0001-ə bərabər olub.
AGBI indeksinin artması mayın 3-də 1,001 mln. manat həcmində dövlət istiqrazlarının yerləşdirilməsi nəticəsində bazarın kapitallaşmasının artması səbəbindən baş verib.
AMFBI indeksinin azalması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR