Dow Jones indeksi 0,3%, S&P 500 0,4%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,4%, Nasdaq 0,5% yüksəlib
# 30 may 2011 08:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Mayın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 12 442 bəndədək, S&P 500 0,4% - 1 331 bəndədək, Nasdaq 0,5% - 2 797 bəndədək yüksəlib.
«APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların dinamikasına bir neçə amil təsir edib. Belə ki, son günlər misin bahalaşması dağ-mədən şirkətlərin səhmlərini bahalaşdırılması bazara yüksəldici, bir sıra mənfi makroiqtisadi göstəricilər isə azaldıcı təsir edib.
Avropa fond bazarlarında mayın 27-də FTSE 100 indeksi 1% - 5 939 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 951 bəndədək, Almaniya DAX-ı 0,7% - 7 164 bəndədək enib.
Mayın 27-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 536,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4266 (+0,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR