Bu gün BBVB-nin valyuta bölməsində 1,670 mln. dollarlıq əqdlər bağlanılıb

Bu gün BBVB-nin valyuta bölməsində 1,670 mln. dollarlıq əqdlər bağlanılıb
# 19 iyul 2011 15:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə USD/AZN ortaölçülü məzənnəsi 0,7866 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,7866 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 1 312 954 AZN, manatın orta məzənnəsi isə dollara nisbətən 0,7866 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə BEST-in ümumi həcmi USD/AZN aləti üzrə
1,67 mln. dolları və ya 1 312 954 AZN təşkil edib.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 11,25%, ABŞ dolları üzrə isə illik 11,58% təşkil edib. Gün ərzində banklar arasında həcmi 7 mln. AZN, müddəti 184 gün faiz dərəcəsi illik 7,43% olan əqd qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR