BFB-da 10800732S seriyalı 2 mln. manatlıq DOİ emissiyası yerləşdirilib

BFB-da 10800732S seriyalı 2 mln. manatlıq DOİ emissiyası yerləşdirilib
# 29 iyul 2011 15:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10800732S seriyalı dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 2 mln. manat təşkil edib. Sifariş 100,00% (gəlirlik 5,00%) qiyməti ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 100,00% (gəlirlik 5,00%) səviyyəsində emitent tərəfindən müəyyən edilib. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DOİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2014-cü ilin iyulun 25-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR