Dow Jones indeksi 4%, S&P 500 4,6%, Nasdaq isə 4,7% yüksəlib

Dow Jones indeksi 4%, S&P 500 4,6%, Nasdaq isə 4,7% yüksəlib
# 12 avqust 2011 07:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avqustun 11-də Amerika fond bazarında Dow Jones indeksi 4% - 11 143 bəndədək, S&P 500 4,6% - 1 173 bəndədək, Nasdaq 4,7% - 2 493 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, Avropa fond bazarlarında avqustun 11-də FTSE 100 indeksi 3,1% - 5 163 bəndədək, Fransa CAC-40-ı 2,9% - 3 090 bəndədək, Almaniya DAX-ı isə 3,3% - 5 798 bəndədək yüksəlib.

Avqustun 11-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% artaraq 1 767 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4185 (-0,4%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR