Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 17 avqust 2011 11:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avqustun 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 1,23 dollar və ya 1,4% azalaraq 1 barelə görə 86,65 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, avqustun 16-da ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,44 dollar və ya 0,4% azalaraq 109,47 dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR