Dow Jones 0,3%, S&P 500 0,03%, Nasdaq 0,2% yüksəlib

Dow Jones 0,3%, S&P 500 0,03%, Nasdaq 0,2% yüksəlib
# 23 avqust 2011 06:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 10 855 bəndədək, S&P 500 0,03% - 1 124 bəndədək, Nasdaq 0,2% - 2 345 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond indekslərin yüksəlməsi əsasən korporativ xəbərlərlə bağlı olub.

Avropa fond bazarlarında avqustun 20-də FTSE 100 indeksi 1,1% - 5 095 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,1% - 5 474 bəndədək enib, Fransa CAC-40-ı isə 1,1% - 3 051 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,6% artaraq 1 905,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4367 (+0,01%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR