Dow Jones indeksi 1,8%, S&P 500 1,9%, Nasdaq 2,2% yüksəlib

Dow Jones indeksi 1,8%, S&P 500 1,9%, Nasdaq 2,2% yüksəlib
# 04 noyabr 2011 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 3-də Amerika fond bazarında Dow Jones indeksi 1,8% - 12 045 bəndədək, S&P 500 1,9% - 1 261 bəndədək, Nasdaq 2,2% - 2 698 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə Avropa Mərkəzi Bankı tərəfindən uçot dərəcəsinin 0,25 faiz bəndi azalaraq 1,25%-ə endirilməsi təsir edib.
Avropa fond bazarlarında noyabrın 3-də FTSE 100 indeksi 1,1% - 5 546 bəndədək, Almaniya DAX-ı 2,8% - 6 133 bəndədək, Fransa CAC-40-ı isə 2,7% - 3 196 bəndədək yüksəlib.
NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,6% artaraq 1 760,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3815 (+0,8%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR