Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 25 noyabr 2011 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Noyabrın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,01 dollar və ya 1,1% artaraq 1 barelə görə 97,18 dollar təşkil edib.
«APA-ECONOMICS»in məlumatına görə, noyabrın 24-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,59 dollar və ya 0,6% artaraq 107,61 dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR