Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 23 mart 2012 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Martın 22-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,92 dollar və ya 1,8% azalaraq 1 barelə görə 105,35 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, martın 22-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,06 dollar və ya 0,9% azalaraq 123,14 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR