Dow Jones indeksi 2,2%, S&P 500 2,5%, Nasdaq 2,8% enib

Dow Jones indeksi 2,2%, S&P 500 2,5%, Nasdaq 2,8% enib
# 04 iyun 2012 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 1-də Amerika fond bazarında Dow Jones indeksi 2,2% - 12 119 bəndədək, S&P 500 2,5% - 1 278 bəndədək, Nasdaq isə 2,8% - 2 748 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əsasən daxili makroiqtisadi göstəricilər təsir edib. Belə ki, may ayında ölkədə işsizlik səviyyəsi 8,1%-dən 8,2%-dək artıb, sənaye sektorunda işgüzar fəallıq indeksi azalıb.

Avropa fond bazarlarında iyunun 1-də FTSE 100 indeksi 1,1% - 5 260 bəndədək, Almaniya DAX-ı 3,4% - 6 050 bəndədək, Fransa CAC-40-ı 2,2% - 2 951 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 4,3% artaraq 1 622,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2435 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR