Dow Jones indeksi 0,1% enib, S&P 500 0,01%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,01%, Nasdaq 0,5% yüksəlib
# 05 iyun 2012 06:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 102 bəndədək enib, S&P 500 0,01% - 1 278 bəndədək, Nasdaq isə 0,5% - 2 760 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əsasən daxili makroiqtisadi göstəricilər təsir edib.

Avropa fond bazarlarında iyunun 4-də Almaniya DAX-ı 1,2% - 5 978 bəndədək enib, Fransa CAC-40-ı 0,1% - 2 955 bəndədək yüksəlib, London birjasında bayramla əlaqədar əməliyyatlar aparılmayıb. Əvvəlki ticarət günün nəticəsində FTSE 100 indeksi 1,1% - 5 260 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 619,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2524 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR