Dow Jones indeksi 0,2%, S&P 500 0,6%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,6%, Nasdaq 0,7% yüksəlib
# 06 iyun 2012 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 12 128 bəndədək, S&P 500 0,6% - 1 286 bəndədək, Nasdaq isə 0,7% - 2 778 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əsasən daxili makroiqtisadi göstəricilər təsir edib. Belə ki, may ayında xidmət sahəsində işgüzarlıq indeksi 0,2 faiz bəndi artıb.

Avropa fond bazarlarında iyunun 5-də Almaniya DAX-ı 0,2% - 5 969 bəndədək enib, Fransa CAC-40-ı 1,1% - 2 986 bəndədək yüksəlib, London birjasında bayramla əlaqədar əməliyyatlar aparılmayıb. Əvvəlki ticarət günün nəticəsində FTSE 100 indeksi 1,1% - 5 260 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 627,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2506 (-0,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR