Dow Jones indeksi 2,4%, S&P 500 2,3%, Nasdaq 2,4% yüksəlib

Dow Jones indeksi 2,4%, S&P 500 2,3%, Nasdaq 2,4% yüksəlib
# 07 iyun 2012 06:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 6-da Amerika fond bazarında Dow Jones indeksi 2,4% - 12 415 bəndədək, S&P 500 2,3% - 1 315 bəndədək, Nasdaq isə 2,4% - 2 845 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsi müsbət olan daxili makroiqtisadi göstəricilərin təsiri altında baş verib. O cümlədən, ölkənin 12 dairələrdən 11-də aprel-may ayları ərzində iqtisadi artım templərinin artması barədə məlumatlar investorlar tərəfindən ölkə iqtisadiyyatının bərpasının sürətləndirilməsi kimi qiymətləndirilib və bazarda müsbət dinamikaya səbəb olub.

Avropa fond bazarlarında iyunun 6-da FTSE 100 indeksi 2,4% - 5 384 bəndədək, Almaniya DAX-ı 2,1% - 6 094 bəndədək, Fransa CAC-40-ı 2,4% - 3 058 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 621,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2561 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR