AGBI indeksi 0,9760, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9760, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 11 iyun 2012 06:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0241 bənd və ya 2,4% azalaraq iyun ayının 11-nэ 0,9760 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

AGBI indeksinin azalması bazar kapitallaşmasının azalması nəticəsində baş verib. Belə ki, iyunun 8-də 2,5 mln. manat həcmində olan dövlət istiqrazların bir buraxılışı dövriyyədən çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR