Azərbaycanda dövlət istiqrazlarının yerləşdirilməsi ilə bağlı bu il keçirilən ilk hərraclar uğursuz olub

Azərbaycanda dövlət istiqrazlarının yerləşdirilməsi ilə bağlı bu il keçirilən ilk hərraclar uğursuz olub
# 11 iyun 2012 08:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 8-də Bakı Fond Birjasında (BFB) dövlət istiqrazlarının iki buraxılışının yerləşdirilməsi üzrə hərraclar keçirilib. BFB-dən «APA-Economics»ə verilən məlumata görə, hər iki hərrac baş tutmamış elan edilib.

Belə ki, AZ0101001367 seriyalı qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərracda 1 investor tərəfindən sifariş təqdim olunub və sifarişin nominal üzrə ümumi məbləği 1 020 900 manat təşkil edib. Sifariş 99,85% (gəlirlik 1,57%) qiyməti ilə təqdim edilib.

Bundan başqa, AZ0102002364 seriyalı qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərracda da sifariş 1 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə ümumi məbləği 502 100 manat təşkil edib. Sifariş 99,50% (gəlirlik 2,02%) qiyməti ilə təqdim edilib.

Xatırladaq ki, birinci buraxılışın emissiyasının həcmi 2 mln. manat, ikinci buraxılışın emissiyasının həcmi isə 4 mln. manat olub. Beləliklə, dövlət istiqrazlarına tələbatın aşağı səviyyədə olduğu görünür. Eyni zamanda bildirmək lazımdır ki, bu iki hərrac bu il keçirilən ilk hərraclar olub. Bunun əsas səbəbi dövlət büdcəsində profisit olması və dövlət istiqrazlarının yerləşdirilməsində zərurətin yaranmaması ilə bağlıdır.

Qeyd edək ki, bu ilin I rübündə dövlət büdcəsində 644,5 mln. manatlıq profisit yaranıb və bu, büdcə gəlirlərinin 18,5%-ni, rüblük ÜDM-in 5,3%-ni təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR