BFB-də bu ilin ilk DOİ emissiyası yerləşdirilib

BFB-də bu ilin ilk DOİ emissiyası yerləşdirilib
# 12 iyun 2012 15:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0105001355 seriyalı dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 1,7 mln. manat təşkil edib. Sifariş 100,07% (gəlirlik 4,5%) qiymətdə təqdim olunub. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DOİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2014-cü ilin iyunun 10-da icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR