Dow Jones indeksi 1,3%, S&P 500 1,2%, Nasdaq 1,2% yüksəlib

Dow Jones indeksi 1,3%, S&P 500 1,2%, Nasdaq 1,2% yüksəlib
# 13 iyun 2012 07:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 12-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 12 574 bəndədək, S&P 500 1,2% - 1 324 bəndədək, Nasdaq isə 1,2% - 2 843 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əsasən makroiqtisadi göstəricilər təsir edib.

Avropa fond bazarlarında iyunun 12-də FTSE 100 indeksi 0,8% - 5 474 bəndədək, Almaniya DAX-ı 0,3% - 6 161 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 047 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% artaraq 1 610,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2491 (-0,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR