BFB-də Azərbaycan Mərkəzi Bankının 15 mln. manatlıq notları yerləşdirilib

BFB-də Azərbaycan Mərkəzi Bankının 15 mln. manatlıq notları yerləşdirilib
# 14 iyun 2012 07:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50102434S seriyalı, ümumi həcmi 35 mln. manat, hərraca çıxarılan həcmi 15 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 3 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 42 043 800 manat təşkil edib. Sifarişlər 99,8952% (gəlirlik 1,35%) – 99,8796% (gəlirlik 1,55%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,8936% (gəlirlik 1,37%), orta ölçülmüş qiyməti isə 99,8941% (gəlirlik 1,36%) səviyyəsində müəyyənləşdirilib.

Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 15 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci ilin iyulun 11-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR