Dow Jones indeksi 0,9%, S&P 500 1,0%, Nasdaq 1,3% yüksəlib

Dow Jones indeksi 0,9%, S&P 500 1,0%, Nasdaq 1,3% yüksəlib
# 18 iyun 2012 06:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 12 767 bəndədək, S&P 500 1,0% - 1 343 bəndədək, Nasdaq isə 1,3% - 2 873 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına makroiqtisadi göstəricilər təsir edib.

Avropa fond bazarlarında iyunun 15-də FTSE 100 indeksi 0,2% - 5 479 bəndədək, Almaniya DAX-ı 1,5% - 6 229 bəndədək, Fransa CAC-40-ı 1,8% - 3 088 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 623,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2704 (+0,6%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR