Dow Jones indeksi 0,2% enib, S&P 500 0,1%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,1%, Nasdaq 0,8% yüksəlib
# 19 iyun 2012 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 12 742 bəndədək enib, S&P 500 0,1% - 1 345 bəndədək, Nasdaq isə 0,8% - 2 873 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əsasən xarici amillər təsir edib.

Avropa fond bazarlarında iyunun 18-də FTSE 100 indeksi 0,2% - 5 491 bəndədək, Almaniya DAX-ı 0,3% - 6 248 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,7% - 3 066 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 629,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2605 (-0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR