WTI markalı neft yenidən bahalaşıb

WTI markalı neft yenidən bahalaşıb
# 20 iyun 2012 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 19-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,76 dollar və ya 0,9% artaraq 1 barelə görə 84,03 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, iyunun 19-da ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,29 dollar və ya 0,3% azalaraq 95,76 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR