Dow Jones indeksi 0,8%, S&P 500 1,0%, Nasdaq 1,2% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 1,0%, Nasdaq 1,2% yüksəlib
# 20 iyun 2012 07:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 12 837 bəndədək, S&P 500 1,0% - 1 358 bəndədək, Nasdaq isə 1,2% - 2 930 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əsasən daxili amillər təsir edib. Belə ki, Federal Ehtiyat Sisteminin iyun 19-da keçirilən iclasında iqtisadiyyatın stimullaşdırılması ilə bağlı əlavə tədbirlərin elan ediləcəyi gözlənilirdi ki, bu da investorlar tərəfindən müsbət qarşılanıb.

Avropa fond bazarlarında iyunun 19-da FTSE 100 indeksi 1,7% - 5 586 bəndədək, Almaniya DAX-ı 1,8% - 6 363 bəndədək, Fransa CAC-40-ı 1,7% - 3 178 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 621,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2672 (+0,5%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR